Türkiyədə nəhəng çuxur tapıldı: İçindən çıxanı görənlər təəccübləndilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Eskişehir bölgəsinin Çifteler rayonunda günəbaxan tarlasında 20 metrlik nəhəng çuxur əmələ gəlib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, Erkan Ceylan adlı fermer tarlaya getdiyi zaman nəhəng bir çuxur görüb. 20 metrdən çox dərinliyi və 5 metr diametri olduğu təxmin edilən çuxur haqqında rayon Kənd və Meşə Təsərrüfatı İdarəsinin səlahiyyətlilərinə məlumat verilib. Tarlada və ətrafındakı ərazilərdə araşdırmalara başlanılıb. Çuxurun içində axar suyun olması isə diqqət çəkib.
"Mənim tarlam 23 hektardır. Çuxuru gördüm və qorxdum. Rəsmilərə məlumat verdik, gəlib baxdılar. Günəbaxan məhsulu mövsümü də gəlib çatıb. Əgər çuxuru görməsəydik, hətta kombaynı belə içinə çəkə bilərdi. Məhəlləmizdə ilk dəfədir ki, çuxur əmələ gəlir. Ətrafındakı əraziləri biçdikdən sonra bu çuxuru torpaqla doldurmağı planlaşdırıram" , - deyə fermer Erkan Ceylan bildirib.
Eskişehir Kənd və Meşə Təsərrüfatı İdarəsinin müdiri Ender Muhammed Gümüş bunun bölgədə məlum olan üçüncü çuxur olduğunu söyləyib.
O, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının planlı istehsal dəstəyi ilə bağlı açıqlamasını xatırladıb və bundan sonra çox su tələb edən bitkilərin əkininə nəzarət olunacağını qeyd edib.
"Yeraltı sulardan həddindən artıq istifadə edildikdə problemlər yaranacağı bölgələrdə suya məhdudiyyət qoyulacaq və planlaşdırılmış istehsal dəstəyi təmin ediləcək. Sudan qənaətlə istifadə edəcəyik, beləliklə də daha çox çuxur görməyəcəyik" , - deyə Ender Muhammed Gümüş əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





