Türkiyə

İki ailə arasında atışma: 3 ölü, 5 yaralı

24 May 2024 20:42
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda şirniyyat sexində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə şəhərin Asiya hissəsindəki Üsküdar rayonunda baş verib.

"Mayın 23-də saat 20:10 radələrində Üsküdar rayonunda kafedə iki qrup şəxs arasında mübahisə yaranıb. Atışma silahlı qarşıdurmaya çevrilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı təhqiqat davam etdirilir", - deyə səlahiyyətli orqanlar məlumat yayıb.

"Habertürk" telekanalının qeyd etdiyi kimi, insidentə səbəb iki yerli ailə arasındakı düşmənçilik ola bilər. İddialara görə, onlar aralarında olan fikir ayrılıqlarını aradan qaldırmaq üçün şirniyyat mağazasında görüşüblər, lakin söhbət zamanı mübahisə düşüb. Dava iştirakçılarından bəziləri odlu silahdan istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.