Türkiyə

Daha bir PKK rəhbəri zərərsizləşdirildi

19 Mart 2024 13:37
Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK-nın sözdə liderlərindən Rojda Bileni zərərsizləşdirib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Rojda Bilen təşkilatın gənclik icması adlandırdığı strukturdakı bütün qadın terrorçuların fəaliyyətindən əsas cavabdeh şəxs idi.

Onun terror təşkilatına qoşulacaq gəncləri müəyyən edib təşviq etdiyi, onları ideoloji təbliğatla manipulyasiya etdiyi, Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatının üzvlərinə tədbirlər üçün təlimatlar çatdırdığı müəyyən edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.