Türkiyə

Türkiyəli nazir bütün orqanlarını bağışladı - FOTO

5 Noyabr 2025 14:50
Baxış: 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayıb.

Miilli.Az xəbər verir ki, türkiyəli nazir Memişoğlu Orqan Donorluğu Həftəsi çərçivəsində Ankara Bilkent Şəhər Xəstəxanasında keçirilən "Orqan Donorluğu Həftəsi Maarifləndirmə Toplantısı"na qatılıb.

Memişoğlu orqan bağışlamanın bir insanın həyatını xilas etdiyini ifadə edərək, "Bizim inancımıza görə, bir can qurtarmaq bütün dünyanı xilas etmək kimidir. Bunu cəmiyyətə izah etmək lazımdır" sözlərini deyib.

Türkiyənin orqan transplantasiyasında dünyaya nümunə ola biləcək bir ölkə olduğunu bildirən Memişoğlu, ilk ürək nəqlinin 1968-ci ildə edildiyini qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.