Türkiyə

Qarabağ müharibəsi ilə bölgədə yeni dövr başlayıb - Ərdoğan

20 Noyabr 2023 20:31
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağ müharibəsi ilə bölgədə yeni dövr başlayıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər. Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Digər dövlətlər öz maraqları üçün Ermənistanı irəliyə ataraq ən böyük zərəri ermənilərə vurdular. " - deyə o qeyd edib.

Ərdoğan, Ermənistanı Azərbaycanın təklif etdiyi sülhü qəbul etməyə çağırıb.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.