Türkiyə

Tədbirdən kənarlaşdırılan 4-cü sinif şagirdinin görüntüləri ürək dağladı - VİDEO- FOTO

31 Oktyabr 2023 11:20
Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə məktəblərdən birində etiraza səbəb olan hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Afyonkarahisarda Mustafa Kamal Atatürk adına məktəbdə 29 oktyabr Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə 4-cü sinif şagirdləri tədbir təşkil edib. Onlar üzərində Türk bayrağı olan köynəklər geyinərək müxtəlif rəqslər ediblər. Bu zaman  M.E.T adlı məktəbli qrupdan kənarlaşdırlıb.

Belə ki, ibtidai sinif müəllimi ona sinif yoldaşları ilə birlikdə hərəkətləri normal etmədiyini bildirib. O M.E.T-ə disleksiya (diqqətsizlik) olduğunu bildirərək onu qrupdan uzaqlaşdırıb.

Uşaq kənarda dayanıb və öz sinif yoldaşlarının şousunu izləyib. Ayrı-seçkiliyi əks etdirən ürəkdağladan görüntülər sosial şəbəkələrdə və Türkiyə mətbutda yayılaraq kəskin etirazlara səbəb olub.

Video ilə bağlı ərazi üzrə təhsil idarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.