Türkiyə

Türkiyənin ASELSAN şirkəti 35 milyon dollar dəyərində müqavilə imzalayıb

28 Avqust 2023 15:13
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ASELSAN şirkəti 35,6 milyon dollar dəyərində "TOLUN" idarəolunan sursat ixracı müqaviləsi imzalayıb.

Milli.Az TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Aselsan Elektronik Sənaye ve Ticarət tərəfindən məlumat verilib.

"Baykar və Akıncıda istifadə ediləcək ümumi dəyəri 35 milyon 580 min dollar olan TOLUN rəhbərli sursat ixracı müqaviləsini imzaladıq. Bu müqavilə TOLUN idarəolunan sursatların ilk ixrac müqaviləsidir",- deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ASELSAN ilk dəfə 2006-cı ildə 97-ci yeri tutaraq dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.