Türkiyə

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir - AKP sədr müavini Ömər Çelik

7 Avqust 2023 11:42
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiya sözçüsü Ömər Çelik bildirib.

"PKK terror təşkilatı tərəfdarlarının Stokholmda Türkiyəni və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribatını, İsveç rəsmilərinin bu təxribata göz yummasını şiddətlə qınayırıq. İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir", - o qeyd edib.

Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırma aksiyası keçirib. Bundan başqa, Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.