Türkiyə

Dəmirdaş üzr istədi və siyasətdən getdi

31 May 2023 22:23
Baxış: 1 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş aktiv siyasətdən uzaqlaşıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

"Xalqımıza layiq bir siyasət apara bilmədiyim üçün səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları öz əməli səylərimlə düzəldəcəyəm.

Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram", - S.Dəmirdaş qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.