Türkiyə

Prezidentlərlə Fulya Öztürk arasında maraqlı dialoq - VİDEO

29 Aprel 2023 17:32
Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, festival sahəsini tərk edərkən iki lider "CNN Türk"ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Müsahibə zamanı maraqlı anlar yaşanıb.

Türkiyə lideri Fulyaya, "Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir", - deyə zarafat edib.

Prezident İlham Əliyev isə, "O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır", - deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.