Türkiyə

Hədəfimiz milli gəlirimizi 2 trilyon dollara çatdırmaqdır - Ərdoğan

12 Aprel 2023 15:40
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədəfimiz Türkiyənin milli gəlirini 2 trilyon dollara çatdırmaqdır.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankara İdman Salonunda keçirilən Ədalət və İnkişaf (AK Parti) Partiyasının Seçki Bəyannaməsi və Millət vəkili Namizədlərinin Təşviqi Toplantısındakı çıxışı zamanı deyib.

"Bu dövrdə 5,5 illik artım tempi ilə milli gəlirimizi 1,5 trilyon dollara, daha sonra isə 2 trilyon dollara yüksəldəcəyik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Türkiyənin milli gəliri 2023-cü ildə ilk dəfə 1 trilyon dolları keçərək 1,029 trilyon dollara yüksəlib. Adambaşına düşən gəlir 11931 dollar səviyyəsindədir. 2024-cü ildə bu rəqəmin 1,087 trilyon dollara, adambaşına düşən gəlirin isə 12 min 460 dollara yüksələcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.