Türkiyə

Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə: Baş rol ifaçısı xəstəxanalıq oldu - FOTO

11 Mart 2023 18:11
Baxış: 1 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur "Kardeşlerim" serialının baş rol ifaçılarından olan Fadik Sevin Atasoy çəkiliş meydançasında qəza keçirib.

Məşhur aktrisa bununla bağlı "Twitter" hesabında paylaşım edib.

Fadik Sevin Atasoyun çəkiliş zamanı ayağı yerdəki daşlara ilişib. Ayağı sürüşərək yerə yıxılan Atasoy dərhal xəstəxanaya çatdırılıb.

Nəticədə onun ayağında çat aşkarlanıb. Həkimi məşhur aktrisaya şişmiş ayağının üzərinə basmamağı məsləhət görüb. Atasoy bir neçə gün əlil arabasından istifadə edəcək.

O, xəstəxana qarşısındakı fotosunu "İnstagram" hesabında paylaşıb. "2-3 günə sağalacam. Çəkiliş meydançasına geri dönəcəm.... Çünki Şengüling 4 ever", - deyə Fadik Sevin Atasoy qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.