Türkiyə

Erməni xilasedicilərdən rüsvaylıq: həlak olanların şəxsi əşyalarını oğurlayır, evləri qarət edirlər...

14 Fevral 2023 09:18
Baxış: 6 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.

Milli.Az xəbər verir ki, Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib.

Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir. 

Yeri gəlmişkən, xəbər yayıldıqdan sonra "Agos" qəzetinin baş redaktoru xəbəri təkzib etməyə çalışıb.

"SputnikARM" ilə söhbətində "Agos" qəzetinin baş redaktoru Baqrat Estukyan yayılan xəbərdən təəccübləndiyini deyib. Bildirib ki, "yayılan xəbər feykdir və heç kimə belə bir söz deməyib. Bu məlumat doğru deyil. İlk dəfədir ki, eşidirəm". Estukyan erməni xilasediciləri ilə daim əlaqə saxladığını və onların tezliklə Ermənistana qayıda biləcəyini istisna etməyib.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.