Türkiyə

Aktyor axtarışların zülmət qaranlıqda aparılmasından danışdı

8 Fevral 2023 18:31
Baxış: 1 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Sinan Albayrak zəlzələ bölgələrindəki axtarış-xilasetmə işlərinin gecə zülmət qaranlıqda aparılması problemindən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Haber Türk"ün bölgədən yayımlanan çəkilişlərində axtarışların qaranlıqda aparıldığı qeyd olunub. Aktyor məsələ ilə bağlı serialların yayım şirkətlərinə müraciət ünvanlayaraq, çəkilişlərdə istifadə etdikləri işıqları həmin ərazilərə göndərməyi məsləhət görüb:

"Bütün şəhərlər qaranlıqdadır, xüsusilə Hatay. Xilasetmə işlərini qaranlıqda davam etdirməyə çalışırlar. Maşınların işıqlarından istifadə edərək işlər aparılır. Bölgələrdə işığa ehtiyac var. Bir aktyor olaraq ağlıma çəkiliş meydançalarımız, oradakı işıqlar, generatorları olan maşınlarımız gəldi. Bütün yayım şirkətləri serialları saxlasınlar. Bu 3, 5 gün, bəlkə də 1 həftə davam edəcək. Bütün sadaladıqlarım ehtiyac olan bölgələrə göndərilsin. Yayım şirkətinin bir bölümlük xərci həyatlar qurtarmaq üçün o yollara çıxsın. Canlar hazırda bazardadır, biz onları qurtaracaq gücə və qüdrətə sahibik. Ən azı 3-nü, 10-nu... Onsuz da insanlar seriala baxacaq vəziyyətdə deyil, ağıllar başqa yerdədir. Söhbət minlərcə furqon, yüzlərlə generatordan gedir. O zülmət qaranlığa işıq olmağa gedək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.