Türkiyə

Türkiyənin məşhur sənətçisi vəfat etdi

12 Yanvar 2023 17:17
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 yaşında İstanbuldakı evində vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. 1978-ci ildə "TRT Ərzurum" radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda "Səfa gəldin", "Mən yarıma nələr alayım?", "İpək yaylıq", "Ayaz gecələr", "Yağ yağmur" və "Vurun dalğalar" adlı mahnılar yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.