Türkiyə

MİT Suriyada yeni əməliyyat keçirib, solçu terrorçu məhv edilib

6 Yanvar 2023 12:21
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

Əməliyyat nəticəsində terrorçu qruplaşma olan Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) rəhbərlərindən biri olan Zeki Gürbüz Haseke məhv edilib.

Məlumata görə, o, Bursada cəzaçəkmə müəssisəsinin xidməti maşınına hücum təşkil edənlərdən biri olub.

Qeyd edək ki, ötən ilin aprelində baş verən hadisə nəticədə cəzaçəkmə müəssisəsinin 1 əməkdaşı həlak olub, 4 nəfər yaralanıb.

Xatırladaq ki, MLKP 1994-cü il sentyabrın 10-da yaradılıb. Türkiyə MLKP-ni terror təşkilatı elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.