Türkiyə

Avtomobili həyətdə istirahət edən ata və oğula çırpdı: Ürəkləri soyumadı, döyməyə başladılar - VİDEO

13 Sentyabr 2022 19:00
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Şanlıurfa şəhərində evinin heyətində istirahət edən ata və oğula hücum olub.

Belə ki, uzun müddət aralarında mübahisə olan şəxs dostları ilə bərabər avtomobili əvvəl istirahət edən şəxslərə çırpıb, daha sonra isə minik maşınından düşən bir neçə kişi taxta parçaları ilə ata və oğula hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xəsarət alan ata və oğul xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən qaçmış şəxslərin axtarışını aparır. İnsidentin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.