Türkiyə

Ərdoğandan sağlamlıq resepti: “Hər axşam bu qarışığı yeyib yatıram”

28 Mart 2022 09:24
2 Şərh     Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində yerli fermerlərlə görüşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yığıncaqda çıxış edən Tokat Arıçılar Dərnəyinin sədri Əli Dəmir bölgədə son 4 ildə mühüm obyektlərin qurulduğunu bildirib. Dəmir Tokatda açılan hava limanının da məhsulların ixarcına mühüm töhfə verəcəyini açıqlayıb.

Bal haqqında söz düşmüşkən, Ərdoğan da öz tövsiyəsini verib. O, özünəməxsus sağlamlıq reseptini bölüşüb.

"Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram", - deyə dövlət başçısı bildirib.

O, bu qarışımın əsl şəfa mənbəyi olduğunu da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.