Türkiyənin Muğla vilayətinə yağan güclü qar fermerlərin işini çətinləşdirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ovacık kəndində fermerlər inək və qoyunlarını iki metrlik qar kütləsi ilə əhatə olunmuş çığırların vasitəsilə gəzdirə bilir.
Yerli sakinlər bildiriblər ki, son beş ildə yaşadıqları ərazidə quraqlıq olub, ona görə də sakinlər qarın yağmasını "bolluq" kimi dəyərləndirib.
Milli.Az