Türkiyəli müğənni Rafet El Roman yenidən Azərbaycana gəlib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, artıq bir neçə dəfədir paytaxt Bakının qonağı olan sənətçi dəbdəbəli məkanlardan birində çıxış edib.
El Roman onu sevənlər üçün hit mahnılarını səsləndirib. Oxumaqla yanaşı rəqs də edən ifaçının bu performası onu sevənlər tərəfindən maraq və coşğu ilə qarşılanıb.
Qeyd edək ki, Rafet sonuncu dəfə avqustda Bakıya gəlib. O, azərbaycanlı iş adamının qızının toyunda iştirak edib.
Milli.Az