İdman

Futbolçu jurnalisti döydü

8 Oktyabr 2021 11:12
0 Şərh     Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə "Lester"inin futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə "Score Nigeria" nəşri informasiya yayıb. 25 yaşlı hücumçu ondan müsahibə götürmək istəyən müxbirə hücum çəkib.

Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib.

Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.