İdman

Neymardan onu tənqid edənlərə etiraz - "Daha nə etməliyəm?"

10 Sentyabr 2021 19:48
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin hücumçusu Neymar onu tənqid edənlərə etirazını bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsində Peruya qalib gəldikləri oyundan (2:0) sonra "Globo TV"yə açıqlamasında deyib:

"Komandanın uğuru mənim üçün hər şeydən üstündür. Braziliya yığmasının DÇ-2022-nin seçmə mərhələsində bombardiri olduğum üçün şadam. Həmçinin, ən çox məhsuldar ötürmə verən oyunçu da mən oldum. Yaxında Peleni qabaqlamaq və Braziliya tarixinin bombardiri olmaq kimi şərəfə nail ola bilərəm. Lakin insanların, şərhçilərin, jurnalistlərin mənə hörmət etmələri üçün daha nə edəcəyimi bilmirəm. Müsahibə etməyi sevmirəm, lakin lazım olanda buna hazıram".

Qeyd edək ki, Neymar Peru ilə görüşdə komandasının 2-ci qolunu vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.