İdman

Samir Abasov "Neftçi"dən gedə bilər

9 Sentyabr 2021 19:54
2 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu mövsüm avrokuboklarda uğursuz çıxış edən "Neftçi" baş məşqçi postunda dəyişiklik edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Samir Abasovun postu artıq laxlayıb.

Ölkə çempionluğuna baxmayaraq, nə Çempionlar Liqası, nə Avropa Liqası, nə də Konfrans Liqasının qrupuna düşən "ağ-qaralar"da çalışdırıcı ilə rəhbərlik arasında münasibətlər heç də xoş deyil. Bu isə Abasovun tələb etdiyi transferlərin vaxtında reallaşmamasından qaynaqlanır.

Paytaxt təmsilçisi uğursuz nəticələri Premyer Liqada da davam etdirsə, Samir Abasovla yollar ayrılacaq. Onu əvəz edəcək mütəxəssis də artıq bəllidir. Əgər bu ayrılıq baş versə, "Neftçi" rəhbərliyinin baş məşqçi postuna ilk variantı hazırda əvəzedici komandanı çalışdıran Mahmud Qurbanov olacaq. Qurbanovun azarkeşlər tərəfindən sevilməsi bu qərarda əsas rol oynayır.

Qeyd edək ki, Premyer Liqanın ilk iki turunda 4 xal toplayan "Neftçi" III tur çərçivəsində sentyabrın 12-də "Qarabağ"la qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.