İdman

Həbib Nurməhəmmədov futbol klubu ilə müqavilə bağlayır - FOTOlar

4 İyun 2021 14:06
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov idmançı karyerasını futbolçu kimi davam etdirəcək.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, məşhur döyüşçü Rusiyanın peşəkar statuslu 3-cü divizionunda mübarizə aparan komandanın uğurları üçün tər tökəcək. Bu barədə "Legion Dinamo"nun (Mahaçqala) prezidenti Şamil Lahiyalov "instaqram" hesabında yazıb: "Həbib Nurməhəmmədovun "instaqram"dakı sonuncu elanından sonra klubun təcili iclasında qərara alınmışdır;

1. 2021-22 mövsümü üçün tapşırıq və hədəflər

2. Həbib Abdulmanap oğlu Nurməhəmmədovla müqavilə bağlamaq, yəni məbləği yazıb, imza atmaq. 

Növbəti addım sənindir, Həbib".

Qeyd edək ki, Nurməhəmmədov futbolu hədsiz sevir və xeyli sayda ulduz futbolçularla yoldaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.