İdman

Nazarov mövsümün son oyununda dubl etdi

23 May 2021 22:25
Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

34 oyuna 44 xal toplamış "Ersgebirge" mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub. Nazarov isə geridə qalan mövsümdə 30 oyun keçirib, 8 qol vurub.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da sonuncu matçına çıxıb.

Aue təmsilçisi 34-cü tur çərçivəsində doğma meydanda "Osnabruk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana buraxılıb. Komandasına qələbə qazandıran qolları da Nazarov vurub. O, meydana çıxandan cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə o, özünün və komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
 
34 oyuna 44 xal toplamış "Ersgebirge" mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub. Nazarov isə geridə qalan mövsümdə 30 oyun keçirib, 8 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.