İdman

Superliqadan çıxan klublar 150 milyon avro cərimə ödəməlidir

24 Aprel 2021 10:44
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Superliqasında iştirak edən klubların imzaladığı müqavilənin detalları məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, layihədə iştirakdan imtina edən komandalar 150 milyon avro cərimə ödəməlidir.

Müqavilədə Superliqanı tərk edən klubların 150 milyon avro cərimə ilə üzləşəcəyi deyilir. Bu, Premyer Liqanın 6 klubuna və turnirdən çıxan digərlərinə böyük maliyyə zərbəsi olacaq.

Müqavilənin detalları Superliqa klublarının bu gün UEFA-dan dəstək almasından sonra sızdırılıb. Qurum klublara idman cəzaları tətbiq etməyəcəyinə qərar verib. UEFA rəsmiləri bu mövsüm heç bir komandanı Çempionlar Liqası və Avropa Liqası yarışlarından kənarlaşdırmamağa və ya gələn ilki turnirlərdə iştirakını qadağan etməməyə qərar verib.

Müqavilə imzalamış 12 klub 23 il turnirdə iştirak edəcəklərinə söz veriblər. Superliqadan çıxış üç ildən sonra mümkün idi.

Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız "Real" və "Barselona"  geri addım atmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.