İdman

Ronaldonun İngiltərə arzusu - Hətta maaşının azaldılmasına da razıdır

23 Aprel 2021 14:29
Baxış: 1 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştiano Ronaldo karyerasını vaxtilə heyətində parladığı "Mançester Yunayted"də davam etdirə bilər.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, dünya futbolunun ulduzu İngiltərəyə qayıtmaq arzusundadır. Hətta ağ-qırmızı formanı yenidən geyinmək üçün maaşının azaldılmasına da razıdır. "Qırmızı şeytanlar" "7 nömrə"yə illik 20 milyon avro təklif etsələr, məsələ həllini tapa bilər. Bunun üçünsə "Yuventus"u da razı salmaq lazımdır.

Qeyd edək ki, Kriştiano 2003-2009-cu illər aralığında "Mançester Yunayted"in heyətində İngiltərə çempionu, ölkə kubokunun,  liqa kubokunun, Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.