İdman

FİFA Ronaldonu cəzalandıra bilər

29 Mart 2021 19:12
Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu cəzalandıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb 36 yaşlı hücumçunun DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Serbiya ilə görüşdə aqressiv davranmasıdır. Sözügedən qarşılaşmanın 90+3-cü dəqiqəsində onun təmiz qolu hakim tərəfindən qeydə alınmadığı üçün Ronaldo referiyə sərt şəkildə etirazını bildirib, hələ oyun bitmədən kapitanlıq sarğısını yerə tullayaraq, paltardəyişmə otağına getmişdi. Nəticədə hakim onu sarı vərəqə göstərmişdi.

Xəbərdə qeyd olunur ki, dünyanın ali futbol qurumu Ronaldonun belə hərəkətlərini "hücum və ya zorakı" davranış kimi qəbul edərək, cəzalandıra bilər. Hazırda məsələ FİFA İntizam Qanunlarının 11-ci maddəsi üzərindən araşdırılır. Əgər oyunçu cəzalanarsa, 1 və ya 2 matçı buraxacaq.

Qeyd edək ki, Serbiya - Portuqaliya görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.