İdman

Buffon "Yuventus"dan ayrılır

20 Mart 2021 09:40
Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un qapıçısı Canluici Buffon mövsümün sonunda klubdan ayrılmağı planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper "Parma"ya keçmək niyyətindədir. O, mövsüm boyu komandanın əsas qapıçısı kimi çıxış etmək istədiyi üçün belə addım atmağı düşünür.

Qeyd edək ki, Buffon "Yuventus"a 2001-ci ildə məhz "Parma"dan transfer olunmuşdu. O, 2018-ci ildə PSJ-yə getsə də, 1 il sonra yenidən Turin təmsilçisinə qayıdır. Buffon karyerası ərzində ümumilikdə 926 matça çıxıb. O bu görüşlərin 770-də qol buraxıb, 416-da isə qapısını toxunulmaz saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.