İdman

Flikdən qələbə şərhi

18 Mart 2021 12:07
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/8 finalında "Latsio"ya 2:1 hesabı ilə qalib gəldikləri cavab oyununu şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, İtaliya təmsilçisinin yaxşı müdafiəçi olunduğunu bildirib: "Bu matçda qalib gəlməyimiz mənim üçün vacib idi. "Latsio" yaxşı müdafiə olundu, amma qalib gəlməyi haqq etdiyimizi düşünürəm. Təəssüf ki, bir qol buraxdıq.

Güclü hücumumuz var, amma bəzən riskli oynayırıq. Bu cür oynamağa davam etməli və müdafiə olunmağı da unutmamaq vacibdir. Əlbəttə, zaman-zaman rəqibin şansları olacaq, amma istəyirəm ki, bu şəkildə oynayaq".

Flik 1/4 finalın püşkü barədə isə qısa danışıb:  "Oynamaq istəmədiyim bir komandanın adını çəksəm, mütləq bizə düşəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.