İdman

Pulişiç “Çelsi”dən gedir

16 Mart 2021 09:22
Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Çelsi" klubunun futbolçusu Kristian Pulişiç London təmsilçisi tərk edəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, yarımmüdafiəçi yay transfer pəncərəsində özünə yeni komanda tapmağa qərar verib.

O, Tomas Tuxelin baş məşqçi təyin olunmasından sonra oyun praktikası qazanmaqda çətinlik çəkir. Bu da futbolçunu qane etmir. Almaniyanın "Bavriya" klubunun maraq dairəsində olan 22 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisində Kinqsli Komanı əvəzləyə bilər.

Qeyd edək ki, Pulişiç cari mövsüm 26 oyunda 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.