İdman

"Neftçi"dən ayrılan futbolçu "Traktor"da

15 Mart 2021 17:54
Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" ilə yollarını ayıran Saman Nərimancahanın yeni klubu bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İranda çıxış edəcək. Cənubi azərbaycanlı futbolçu "Traktor"a keçib.

Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin onunla imzalanacaq müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Saman Nərimancahan 2020-ci ilin yanvarında "Neftçi"yə keçmişdi. O, 2014-2016-cı illərdə də "Traktor"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.