"Neftçi" ilə yollarını ayıran Saman Nərimancahanın yeni klubu bəlli olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İranda çıxış edəcək. Cənubi azərbaycanlı futbolçu "Traktor"a keçib.
Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin onunla imzalanacaq müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Saman Nərimancahan 2020-ci ilin yanvarında "Neftçi"yə keçmişdi. O, 2014-2016-cı illərdə də "Traktor"da çıxış edib.
Milli.Az