İdman

Sevgilisi ulduz futbolçunu tərk etdi - Kompüter oyununa görə

1 Mart 2021 16:50
Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli üçün mövsüm uğursuz davam edir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, London klubunda əsas heyətə düşə bilməyən ulduz futbolçuya daha bir şoku sevgilisi Rabi Mae yaşadıb.

Son dövrlər tez-tez arası dəyən cütlük, nəhayət ki, ayrılıb. Onların əhatəsi bu ayrılığa səbəb kimi Allinin kompüter oyunlarına həddən artıq aludə olmasını göstərib. 25 yaşlı orta sahə oyunçusu boş vaxtlarını yalnız bu cür dəyərləndirir və hətta bunu izləyicilərinə də canlı yayımla təqdim edir. Delenin onunla çox vaxt keçirməməsindən gileylənən Mae, nəhayət ki, sevgilisini birdəfəlik tərk edib.

Qeyd edək ki, Dele Alli cari mövsüm ümumilikdə 17 oyunda iştirak edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.