İdman

"Barselona" Kumanın əvəzləyicisini tapdı

18 Fevral 2021 17:16
Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" baş məşqçi Ronald Kumanın potensial əvəzləyicisi barədə qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Skira "Tvitter" hesabında yazıb. Bildirilib ki, Kataloniya təmsilçisi keçmiş futbolçusu, hazırda "Əl-Sədd"də (Qətər) çalışan Xavi Hernandesi yeni baş məşqçi vəzifəsinə əsas namizəd hesab edir. Onun bu yay komandaya baş məşqçi təyin edilə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə PSJ-yə 1:4 hesabı ilə uduzub. Komanda La Liqada 22 turdan sonra 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.