İdman

"Mançester Yunayted"in oyunu "Yuventus"un stadionunda

9 Fevral 2021 19:24
Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının 1/16 final mərhələsində "Real Sosyedad" - "Mançester Yunayted" arasında ilk oyun İspaniyada keçirilməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya rəhbərliyi İngiltərədə yayılan yeni bir koronavirus növünün yayılma riski səbəbindən ingilis komandasının ərazilərində olmasına icazə verməyəcək.

"El Diario Vasko"nun verdiyi məlumata görə , görüş Turində, "Yuventus"un ev stadionunda keçiriləcək. Cavab oyunun da çox güman ki, neytral arenada da keçiriləcəyi bildirilir.

Qeyd edək ki, "Real Sosyedad" - "Mançester Yunayted" matçı fevralın 18-də oynanılmalıdır. Cavab görüşünün 25 fevralda keçirilməsi planlaşdırılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.