İdman

Gerye rəsmən Kipr klubunda - FOTO

9 Fevral 2021 12:40
Baxış: 668
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın yolları ayırdığı Donald Geryenin Kiprin "Apollon" klubuna keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.

Qeyd edək ki, Gerye yeni klubunda 96 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, "Qarabağ" ötən ilin yayından komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini yanvarın 31-i açıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.