İdman

“Qarabağ”a 800 min avroya keçibmiş

30 Yanvar 2021 18:48
Baxış: 735
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.

Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.

Əlavə edək ki, bu günlərdə Gerye "Qarabağ"da əvəzedici komandaya göndərilib. Buna futbolçunun qış hazırlığına gec qoşulması səbəb olub. O bildirib ki, bu addımına görə 20 min dollar məbləğində cərimə də edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.