Fransanın "Lill" klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. 36 yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.
Qeyd edək ki, "Lill"də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.
Milli.Az