Ayın ən yaxşısı yenidən türk futbolçu seçildi

21 Yanvar 2021 15:34

Fransanın "Lill" klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır.  36 yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.

Qeyd edək ki, "Lill"də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.

Milli.Az