İdman

İspaniya mətbuatı "Qarabağ"ın hücumçusundan yazdı

4 Yanvar 2021 15:29
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kordoba"  2020-ci ilin qış transfer pəncərəsində klubdan ayrılan Ovusu Kvabenanın "Qarabağ"a keçidini xatırladılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Diario Cordoba" nəşri qanalı hücumçunun İspaniya klubundan ayrılması ilə bağlı bunları yazıb:

"Ötən ilin yanvarında qanalı Çempionlar Liqası seçmə mərhələsində və Avropa Liqası qrup mərhələsində oynayan klub olan Azərbaycanın "Qarabağ" klubu ilə müqavilə imzaladı. "Kordoba"nın yüksəlməsinə kömək edən hücumçu, həddindən artıq fərdiliyi səbəbindən problem yaşamağa başladı. Sürətli və daha çox qol vura bilən bir hücumçu ola bilmədi. Ancaq nə vaxt ki yenidən stabillik əldə edəcək, daha çox qol vura biləcək. "Qarabağ"da oynayaraq yenidən Avropa Liqasında İspaniya klubu "Vilyarreal"la görüşdə qol vurmağı bacardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.