İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin oğlu Kaya Runi "Mançester Yunayted"ə keçib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Runi İnstaqram hesabında paylaşım edib. O, 11 yaşlı Kayanın "Mançester Yunayted"lə rəsmi müqavilə imzaladığını bildirib.
Qeyd edək ki, Ueyn Runi 2004-2017-ci illər aralığında "Mançester Yunayted"də çıxış edib.
Milli.Az