Runinin oğlu “Mançester Yunayted”də - Rəsmi

18 Dekabr 2020 16:09

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin oğlu Kaya Runi "Mançester Yunayted"ə keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Runi İnstaqram hesabında paylaşım edib. O,  11 yaşlı Kayanın "Mançester Yunayted"lə rəsmi müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, Ueyn Runi 2004-2017-ci illər aralığında "Mançester Yunayted"də çıxış edib.

Milli.Az