İdman

Avropa çempionatında təxirəsalma - Koronavirusa görə

4 Dekabr 2020 16:18
Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın həndbolçular arasında Avropa çempionatının Serbiya - Niderland oyunu təxirə salınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna serbiyalı həndbolçulardan birində koronavirus infeksiyasının aşkarlanmağı səbəb olub.

Yoluxan idmançı karantinə alınaraq təcrid edilib. Bu gün keçirilməli olan matç sabaha təxirə salınıb.

Bu Avropa çempionatında ikinci koronavirus yoluxmasıdır. Yarış öncəsi test zamanı Rumıniya millisində virusa yoluxma halı qeydə alınmışdı. Karantinə göndərilən komanda təkrar testdən sonra Almaniya ilə görüşə (19:22) buraxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.