İdman

İbrahimoviçin durumuna aydınlıq gəldi

23 Noyabr 2020 20:22
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasının VIII turunda "Napoli" üzərində səfər qələbəsi qazanan "Milan" (3:1) əvəzində aparıcı futbolçusu Zlatan İbrahimoviçi itirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, isveçli superulduz matçın 79-cu dəqiqəsində zədələnərək əvəzlənib.

39 yaşlı qol "silahı"nın durumuna aydınlıq gəlib. İlkin diaqnoza əsasən sol ayaq əzələlərində problem aşkarlanan İbra 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Lakin dəqiq məlumat növbəti tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, "Napoli" ilə görüşdə dubl edən İbrahimoviçin aktivində cari mövsüm A seriyasında 10 qol var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.