İdman

"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi

3 Noyabr 2020 08:58
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail çempionatında 4-cü turun oyunları keçirilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" (Təl-Əviv) səfərdə Hayfa "Makkabi"si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb - 2:2.
 
Bu, Təl-Əviv təmsilçisinin ardıcıl 3-cü heç-heçəsidir. İlk turda isə uduzan komanda çempionatda qələbəyə həsrətdir. "Makkabi" bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.