İdman

"Neftçi"nin kapitanı 2 ildən sonra ehtiyatda qalıb

1 Noyabr 2020 18:15
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin Azərbaycan Premyer Liqasının VIII turunun bu gün keçiriləcək "Sumqayıt"la oyun üçün heyəti açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, baş məşqçi Füzuli Məmmədov komandanın kapitanı Emin Mahmudovu ehtiyat oyunçular skamyasında saxlayıb.
 
Milli komandanın da üzvü olan təcrübəli yarımmüdafiəçi sonuncu dəfə 2018-ci il sentyabrın 22-də oyuna ehtiyatda başlayıb. Emin "Zirə" ilə həmin səfər qarşılaşmasında da (2:1) sonradan meydana daxil olub.
 
Həmin matçdan sonra "Neftçi"nin keçirdiyi 50 görüşün 47-də start heyətdə meydana çıxan yarımmüdafiəçi 3 qarşılaşmanı müxtəlif səbəblərdən ümumiyyətlə protokola daxil edilməyib.
 
Qeyd edək ki, ümumilikdə Azərbaycan Premyer Liqasının 74 oyununda şans qazanan Mahmudov 70 dəfə start heyətdə yer alıb, 4 dəfə sonradan komanda yoldaşını əvəzləyib. O, yalnız 4 qarşılaşmanı ehtiyatda başlayıb ki, bunların hamısında da sonradan oyuna daxil olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.