İdman

""Makkabi" və "Qarabağ"a qalib gələcəyimizə inanıram" - Rza Çalımbay

23 Oktyabr 2020 13:08
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük şanssızlıq yaşadıq. Amma heç ruhdan düşmədik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Vilyarreal"a 3:5 hesabı ilə məğlub olan "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay oyundan sonra mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis qarşıdakı "Makkabi" və "Qarabağ"la oyunlarda qələbə qazanacaqlarına inandığını bildirib: "Bu oyunun cavab matçı da var. Oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram".

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da "Makkabi"ni (Təl-Əviv) noyabrın 5-də isə "Qarabağ"ı qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.