İdman

Velosipedçimiz Türkiyədə 3-cü oldu

15 Sentyabr 2020 15:03
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı "Grand Prix Velo Erciyes" yarışında uğurla çıxış edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Milli.Az-a verilən məlumata görə, "Bahrain Cycling Academy" kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb - o 78 velosipedçi arasında 18-ci olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory