İdman

"Qalatasaray"dan Terimə doğum günü sürprizi - VİDEO

7 Sentyabr 2020 20:45
Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb.

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger, Terimin "Milan"da birgə çalışdığı Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, "Qalatasaray"ın keçmiş futbolçuları George Hacı, Didye Droqba, Uesli Sneyder, Felipe Melo, Yohan Elmander, Yuto Naqatomo, Mariano, Maykon kimi oyunçular da olub.

Videonu izləyən Terimin gözləri yaşarıb.

Xatırladaq ki, "Qalatasaray" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyununda "Neftçi"nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.